Bank Of Baku

«Türksat» şirkəti orbital mövqeyindən istifadə hüququnu Azərbaycanın «AzerSpace Peyk» layihəsinə istifadəyə verəcək

«Türksat» şirkəti orbital mövqeyindən istifadə hüququnu Azərbaycanın «AzerSpace Peyk» layihəsinə istifadəyə verəcək
# 19 sentyabr 2008 12:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM) ilə Türkiyənin «Türksat Uydu Haberləşmə Kablo TV və İşletme A.Ş.» (Türksat) şirkəti arasında əməkdaşlıq protokolu imzalanıb.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu protokolun imzalanması ilə «Türksat» şirkəti ona məxsus olan orbital mövqeyindən istifadə hüququnu Azərbaycanın «AzerSpace Peyk» layihəsinə istifadəyə verəcək. Bu isə öz növbəsində rabitə sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirəcək və hər iki ölkənin kosmik fəzada da bir-birini dəstəkləməsinə səbəb olacaq. Bu proqram çərçivəsində tərəflər peyk xidmətləri üzrə layihələr və proqramlar hazırlayaraq yerinə yetirəcəklər.
Azərbaycanın layihələndirilən peyki Avropanı tam, Asiyanın isə böyük bir hissəsini əhatə etməklə radio-televiziya yayımına, İnternet, datatelefon və s. telekommunikasiya xidmətlərinin yüksək keyfiyyətlə təşkilinə imkan yaradacaq. Bununla da Azərbaycan Rusiya və Qazaxıstandan sonra MDB ölkələri arasında, türk dünyasında yeni bir peykin fəzaya çıxması ilə yanaşı, onun beynəlxalq aləmdə bir peyk ölkəsi kimi tanınmasına böyük töhfə verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR