"Ətraf mühitin qorunması beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir”.
APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbirdə deyib.
Nazir bildirib ki, nəfəs aldığımız hava, çaylar, dənizlər ortaq sərvətimizdir: “Azərbaycan bu yanaşmanı dəstəkləyir, dayanıqlı inkişafı prioritet hesab edir. 2030-cu ilə qədər bərpaolunan enerjinin payının 30 %-ə çatıdırlması hədəflənib. Əfsuslar olsun ki, uzun illər Ermənistanın işğalı altında qalan ərazilərdə ətraf mühitə ciddi ziyan vurulub, ekosid, urbisid və kultursid törədilib. Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda ekoloji mühiti bərpa etmək üçün BMT-dən dəstək alıb".