Bank Of Baku

«Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində Azərbaycana litvalı ekspert gəlib

«Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində Azərbaycana litvalı ekspert gəlib
# 19 sentyabr 2008 13:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində daşınmaz əmlakın qiymətləndirilməsi metodologiyasının hazırlanması məqsədilə fərdi məsləhətçi qismində seçilmiş litvalı ekspert Albina Aleksine Azərbaycana gəlib. Bu barədə «APA-Economics»ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən məlumat verilib.
Ekspert bu gün Xidmətdə daşınmaz əmlakın qiymətləndirilməsi metodologiyasının hazırlanması prosesinə cəlb edilmiş mütəxəssislər üçün təqdimat keçirib.
Təqdimatında məsləhətçi daşınmaz əmlakın qiymətləndirilməsinə təsir edən amillər, əmlak bazarının araşdırılması, daşınmaz əmlakın texniki göstəriciləri, əmlakın qiymətləndirilməsi üzrə beynəlxalq təcrübə və s. məsələlərə toxunub. Azərbaycanda daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində mövcud olan vəziyyətə nəzər salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR