Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda yük daşınması yanvar-avqust aylarında 10,6% artıb

Azərbaycanın nəqliyyat sektorunda yük daşınması yanvar-avqust aylarında 10,6% artıb
# 19 sentyabr 2008 13:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 10,6%, yük dövriyyəsi isə 18,9% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqliyyat vasitələri ilə daşınmış 119,3 mln. ton yükün 46%-i avtomobil, 32,1%-i boru kəməri (o cümlədən 19,7 %-i Bakı-Ceyhan neft kəməri, 1,7%-i Bakı-Ərzurum qaz kəməri ilə), 15,6%-i dəmir yolu, 6,3%-i dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib.
Hesabat dövründə özəl bölmənin nəqliyyat vasitələri ilə yük daşınması 13,5% artıb, bu bölmənin yük daşınmasında payı isə 69,1% təşkil edib.
Yanvar-avqust aylarında 799,8 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4% artıb. Bu sahədəki fəaliyyətin 83,3%-i qeyr-dövlət bölməsinin payına düşüb, sərnişinlərin 83,3%-i avtomobil, 16%-i metro nəqliyyatı ilə daşınıb.
Qeyd edək ki, daşınmalarda 153,7 mln. manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,9% çox gəlir əldə edilib və artım dəmir yolu nəqliyyatında 15,8%, dəniz nəqliyyatında 19,1%, avtomobil nəqliyyatında isə 13,6% səviyyəsində müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR