Bank Of Baku

Azərbaycan sərhədlərdə «bir pəncərə» qeydiyyat sisteminin tətbiqinə hazırlaşır

Azərbaycan sərhədlərdə «bir pəncərə» qeydiyyat sisteminin tətbiqinə hazırlaşır
# 23 sentyabr 2008 10:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın sərhəd-keçid məntəqələrində «bir pəncərə» qeydiyyat sisteminin tətbiqinə dair proqram hazırlanaraq razılaşdırılması üçün ölkə hökumətinə təqdim olunub. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.
«Bəzi təşkilatların irad və təklifləri nəzərə alınaraq, proqram yenidən işlənilib. Hazırda sənədlə bağlı rəylər toplanır», - deyə DGK sədri vurğulayıb.
A.Əliyevin sözlərinə görə, bu sistemə keçidlə bağlı dövlət sərhədlərində keçid məntəqələrinin texniki infrastrukturu yenidən qurulur: «Hazırda 5 əsas avtomobil sərhəd keçid məntəqəsində yenidənqurma işi aparırıq. Yenilənmiş keçid məntəqələri işə düşəndə orada «bir pəncərə» sisteminin tətbiqinə başlayacağıq».
DGK sədri bildirib ki, «bir pəncərə» sistemi tətbiq olunandan sonra sərhəd-keçid məntəqələrində sənədlərin qeydiyyatı bir neçə dəqiqə çəkəcək.
A.Əliyev həmçinin əlavə edib ki, sərhəd-keçid məntəqələrində avtomobillərin dayanmadan yoxlanılması üçün müasir avadanlıqlar alınır və artıq bəzi məntəqələrdə həmin avadanlıq quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR