Bank Of Baku

«TeliaSonera» şirkəti Nepal və Kambocada mobil rabitə operatoru alır

«TeliaSonera» şirkəti Nepal və Kambocada mobil rabitə operatoru alır
# 26 sentyabr 2008 16:21 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. «TeliaSonera» İsveç-Finlandiya şirkəti Nepalın «Spice Nepal Private Ltd.» və Kambocanın «Applihone Co. Ltd.» adlı iki mobil əməliyyatçının nəzarət səhm paketlərini alır. Bu barədə «APA-Economics»ə «Azərsell» şirkətinin Bakıdakı baş ofisindən məlumat verilib.
«TeliaSonera AB»nin prezidenti və baş icraçısı Lars Niberq rəhbərlik etdiyi şirkətin genişlənməsini şərh edərək bildirib ki, şirkətin əsas prioritetlərdən biri Avrasiyadakı biznesini genişləndirməkdir: «Bu məkanda biz son 10 il ərzində uğurla inkişaf etmişik. Hazırda isə Özbəkistan və Tacikistanda uğurlu sərmayələrdən sonra yüksək artım müşahidə olunan yeni formalaşan bazarlarda fəaliyyətimizin genişləndirilməsi strategiyamızın həyata keçirilməsi istiqamətində növbəti vacib addımları atırıq. Nepal və Kambocanın ümumilikdə 43 milyonluq əhalisi var. Bu ölkələrdə mobil telefonlardan istifadə azdır və iqtisadiyyat tədricən inkişaf edir».
«TeliaSonera» şirkəti «Visor Group»dan «TeliaSonera Asia Holding B.V.» şirkətinin səhmlərinin 51%-ni alacaq, qalan 49% isə «Visor Group»da qalacaq. «TeliaSonera Asia Holding B.V.» Nepalın ikinci ən iri mobil əməliyyatçısı hesab olunan «Spice Nepal»ın 80% səhminə, Kambocanın yenicə fəaliyyətə başlamış «Applifone» adlı mobil rabitə əməliyyatçısının 100% səhminə malikdir. «TeliaSonera» tərəfindən nağd formada ödəniləcək vəsaitlərin həcmi təxminən 3,2 mlrd. İsveç kronasıdır (484 mln. ABŞ dolları) və bu məbləğ «TeliaSonera Asia Holding B.V.»nin səhmlərinin ümumi dəyərinin 51%-i təşkil edir.
«TeliaSonera» əməliyyatı 2008-ci ilin oktyabrın 1-də başa çatdırmaq və həmin tarixdən etibarən Nepal ilə Kambocada mobil rabitə əməliyyatlarını gücləndirmək niyyətindədir.
Xatırladaq ki, «TeliaSonera» yenicə formalaşan bazarlarda birbaşa və ya törəmə təşkilatı olan «Fintur Holdings B.V.» vasitəsilə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan və Moldovada əsas mobil rabitə əməliyyatçı qismində, Rusiya, Türkiyə, Ukrayna və Belarusda tərəfdaşlıq etdiyi şirkətlərlə, Əfqanıstanda isə maliyyə holdinqi ilə birlikdə aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR