Bank Of Baku

Azərbaycanda daxili sərnişin dəmir yolu reyslərinə bilet qıtlığı yaranıb

Azərbaycanda daxili sərnişin dəmir yolu reyslərinə bilet qıtlığı yaranıb
# 27 sentyabr 2008 09:50 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, artıq bir neçə gündür ki, paytaxtdan rayonlara hərəkət edən sərnişinlərin sayının kəskin artması ilə əlaqədar olaraq Bakı Dəmir Yolu Vağzalının bilet kassalarının qarşısında uzun növbələr yaranıb. Vağzalın işçiləri oktyabrın 1-dək ölkədaxili sərnişin qatarlarına biletlərin artıq tam həcmdə satıldığını bildiriblər.
Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov isə «APA-Economics»ə bildirib ki, problem Ramazan bayramı ilə əlaqədar olaraq Bakıdan rayonlara gedən sərnişinlərin sayının artması ilə əlaqədardır: «Artıq sərnişin sıxlığını nəzərə alaraq bütün ölkədaxili qatarlara əlavə vaqonlar artırılır».
Hazırda Azərbaycan daxilində 10 marşrut üzrə sərnişin qatarları işləyir.
Qeyd edək ki, ADDY 1880-ci ildə yaradılıb. Hazırda Azərbaycanda dəmir yollarının uzunluğu 2 944 km, istismar uzunluğu isə 2 122 km təşkil edir. Dəmir yolu xəttinin 1 277,1 km-i (60%) elektrikləşdirilib.
ADDY-nin balansında 473 lokomotiv (278 lokomotivin istismar müddəti başa çatıb), SR3 markalı 2 ədəd və ER2 markalı 71 ədəd elektrik qatarı, 734 sərnişin (32 «SV», 227 «Kupe», 340 «Plaskart» tipli) vaqonu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR