Bank Of Baku

«Aztelekom» İstehsalat Birliyi regionlarda yeni rabitə obyektləri istifadəyə verəcək

«Aztelekom» İstehsalat Birliyi regionlarda yeni rabitə obyektləri istifadəyə verəcək
# 27 sentyabr 2008 13:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi Ramazan bayramı münasibətilə ölkənin müxtəlif regionlarında yeni rabitə obyektlərini istifadəyə verəcək.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, yeni obyektlər Lənkəran, Biləsuvar, Sabirabad, İmişli, Tərtər, Qəbələ, Qax və Quba rayonlarında fəaliyyət göstərəcək. Lənkəran rayonunun Viyən kəndində DS-200 tipli, 512/60 nömrə tutumlu, Biləsuvar rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 9 saylı qaçqın qəsəbəsində DS-200 tipli, 256/30 nömrə tutumlu, Sabirabad rayonunun Qalağayın kəndində DS-200 tipli, 160/30 nömrə tutumlu, İmişli rayonunun Bəhrəmtəpə kəndində DS-200 tipli, 512/60 nömrə tutumlu, Tərtər rayonunun Qaradağlı kəndində DS-200 tipli, 128/30 nömrə tutumlu, Qəbələ rayonunun Bunud kəndində DS-200 tipli, 256/30 nömrə tutumlu, Göygöl rayonunun Toğana kəndində DS-200 tipli, 128/30 nömrə tutumlu, Qax rayonunun Qaşqaçay və Marsan kəndlərində DS-200 tipli, hər biri 512/30 və 516/60 nömrə tutumlu, Quba rayonunun Vəl-vələ kəndində DS-200 tipli, 256/30 nömrə tutumlu elektron ATS-lər istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR