Bank Of Baku

Azərbaycan prezidenti Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda aparılan tikinti işləri ilə tanış olub

Azərbaycan prezidenti Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda aparılan tikinti işləri ilə tanış olub
# 27 sentyabr 2008 14:20 (UTC +04:00)
Nəqliyyat naziri Ziya Məmmədov və «Akkord» Şirkətlər Qrupunun prezidenti İlqar Hacıyev işlərin gedişi ilə bağlı dövlət başçısına ətraflı məlumat veriblər. Bu barədə APA-ya «Akkord» Şirkətlər Qrupunun mətbuat xidmətindən məlumat verilib.
Layihənin icrasına mayın 15-də başlanılıb. Yolun 16-134 km-i beton örtüklü olacaq. Bu məqsədlə yol 16-89 km, 89-111 km və 111-134 km-lər olmaqla üç hissəyə bölünüb. Torpaq-bərkitmə işləri ilə paralel olaraq ərazidən keçən kommunikasiya xətləri dəyişdirilir, suötürücü qurğular, körpü və keçidlərin tikintisi aparılır.
Yolun 16-31-ci km sahəsində beton yol 6 hərəkət zolaqlıdır və bu hissə istifadəyə verilib.
Yolun 31-134-cü km-ləri isə 4 hərəkət zolaqlıdır və beton örtüklüdür. Bu sahədə işlər 80% yerinə yetirilib. Eyni zamanda bu istiqamətdə 2 hərəkət zolaqlı asfalt-beton örtuklü yol da tikilir. Beton işlərinin həcmi isə 1,2 mln. kubmetrdir ki, bunun da 580 min kubmetri B40 markalı (M 500) olmaqla yol örtüyü üçün nəzərdə tutulub. Beton işlərinin aparılması üçün ərazidə 15 beton zavodu inşa edilib.
Qeyd edək ki, Bakı-Quba-Rusiya sərhədi avtomobil yolu üzərində 21 körpü və yolötürücü, 10 yol qovşağı, 15 mal-qara keçidi, 150 ədəd müxtəlif diametrli suötürücü boru olacaq. Yolun beton örtüyünün ümumi qalınlığı 28 sm-dir. Beton örtüyünün qalın olmasının səbəbi həmin ərazidə yük maşınlarının çoxluq təşkil etməsidir. Hazırda «Akkord» şirkəti yolunun 11-ci km-də tunel tipli yolötürücünün və 16-cı km-də körpü tipli yolötürücünün tikintisini də həyata keçirir. Yolun 11-ci km-də - Xırdalan dairəsində tikilən yolötürücünün uzunluğu yanaşma yollarla birlikdə 700 metr, eni 20 metr, tunelin hündürlüyü 5 metrdir. Digər 16-cı km-də tikilən 3 aşırımlı yolötürücünün eni 20, uzunluğu 63 metrdir. Yolötürücünün hər iki tərəfində 1,5 metr enində piyada səkiləri də nəzərdə tutulub. Qurğunun aşırım hissəsi yığma dəmir-beton tirlərdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR