Bank Of Baku

Azərbaycan paytaxtında oktyabrın 5-də istifadəyə verilməsi planlaşdırılan piyada keçidi uçub

Azərbaycan paytaxtında oktyabrın 5-də istifadəyə verilməsi planlaşdırılan piyada keçidi uçub
# 27 sentyabr 2008 15:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakı şəhərinin Xətai rayonunda, Nobel prospektində yerüstü piyada keçidində baş vermiş dağıntının nəticələri artıq aradan qaldırılıb. Bu barədə «APA-Economics»ə «Akkord» Şirkətlər Qrupundan məlumat verilib.
Şirkətdən bildirilib ki, bu gün səhər saatlarında qaldırıcı kran avtomaşınının üst hissəsinin keçidin karkaslarına ilişməsi nəticəsində inşa edilməkdə olan qurğu uçub: «Keçidin əsas dəmir konstruksiyaları hələ ki, dayaqlara bərkidilmədiyindən sürüşərək kranın üzərinə düşüb».
Şirkətdən bildirilib ki, qəzanın nəticələri günün ikinci yarısında aradan qaldırılıb. Ərazidə avtomobillərin hərəkətinə mane olmamaq üçün dəmir konstruksiyalar kəsilərək çıxarılıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, yerüstü piyada keçidinin oktyabrın 5-də istifadəyə verilməlisi planlaşdırılırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR