Bank Of Baku

Rusiya Azərbaycanın irəli sürdüyü Şərq-Qərb sürətli informasiya dəhlizinin yaradılması layihəsini dəstəkləyir

Rusiya Azərbaycanın irəli sürdüyü  Şərq-Qərb sürətli informasiya dəhlizinin yaradılması layihəsini dəstəkləyir
# 02 oktyabr 2008 08:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Aşqabadda (Türkmənistan) keçirilən Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyası Rəhbərləri Şurasının 39-cu iclası və «Türkmən Tel» beynəlxalq İKT sərgisində iştirak edib. Sərgidə Azərbaycanı «Sinam», «Ultra», AZEL, «Kür» və digər şirkətlər təmsil edib. Bu barədə «APA-Economics»ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən məlumat verilib.
RRB-nin iclasında çıxış edən Ə.Abbasov Azərbaycanda rabitə və İKT sahəsində aparılan islahatlar barədə məlumat verib. Nazir bildirib ki, bu il noyabrın 11-14-də Bakıda «BakuTel-2008» beynəlxalq İKT sərgi-konfransı çərçivəsində Şərq-Qərb sürətli informasiya dəhlizinin yaradılmasına həsr olunmuş Nazirlər Toplantısının keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə meydana gələn, Şimali Amerika və Qərbi Avropa ilə şərq ölkələri arasında informasiya dəhlizinin yaradılmasını nəzərdə tutan bu layihənin əsas istiqamətləri Bakıda keçiriləcək nazirlərin toplantısında müəyyənləşdiriləcək.
RRB-nin iclası çərçivəsində Ə.Abbasov həmçinin Rusiya və Türkmənistanın nazirləri, Ümumdünya Poçt İttifaqının rəhbəri, Bolqarıstan, Sloveniya və digər ölkələrin səlahiyyətli nümayəndələri ilə ikitərəfli görüşlər keçirib.
Qeyd edək ki, Rusiya tərəfi bu layihənin reallaşmasına lazımi dəstək göstərəcəyini, Türkmənistan isə layihənin həyata keçirilməsində Xəzərətrafı fiberoptik kabel magistralının texniki-iqtisadi əsaslandırmasından sonra yaxından iştirak edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR