Bank Of Baku

Fransada beynəlxalq avtomobil sərgisi başlayıb

Fransada beynəlxalq avtomobil sərgisi başlayıb
# 02 oktyabr 2008 09:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Parisdə (Fransa) Beynəlxalq Avtomobil Sərgisi işə başlayıb.
«APA-Economics»in məlumatına görə, sərgidə dünyanın aparıcı avtomobil şirkətləri bir sıra yeni modellərini nümayiş etdirir. Belə ki, Almaniyanın «Volkswagen» şirkəti yeni – altıncı nəslə aid olan «Golf» modelini (C class), «Toyota» şirkəti yeni «Avensis» modelini, «Chevrolet» yeni «Cruze» modelini, «Hyundai» isə yeni «i20» modelini nümayiş etdirir. Qeyd edək ki, sonuncu model dünya avtomobil bazarında «Hyundai Getz» modelini əvəzləyəcək.
Bundan başqa, avtomobil sərgisində yeni «Ford Ka», «Renault Megane», «Kia Soul», «Mitsubishi Lancer» (xetçbek), Rusiyanın VAZ avtozavodunun istehsal etdiyi «Lada Revolution» (kupe) və bir sıra digər avtomobil modelləri nümayiş olunur.
Qeyd edək ki, avtomobil sərgisi oktyabrın 19-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR