Bank Of Baku

Azərbaycanın nəqliyyat naziri Rusiyaya səfər edəcək

Azərbaycanın nəqliyyat naziri Rusiyaya səfər edəcək
# 02 oktyabr 2008 11:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Həştərxana (Rusiya) gedəcək. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyinin katibliyindən məlumat verilib.
Azərbaycanın nəqliyyat naziri oktyabrın 3-4-də Həştərxanda keçiriləcək Xəzəryanı ölkələrin nəqliyyat nazirləri və müvafiq qurumların rəhbərlərinin toplantısında iştirak edəcək. İclasda Xəzər hövzəsi regionunda nəqliyyat əlaqələri, daşımaçılığın inkişafı və perspektivləri müzakirə olunacaq.
Nazirlərin iclası cari ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin dövlət başçıları sammitinə hazırlıq məqsədi daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR