Bank Of Baku

«Azercell» şirkəti yeni abonentlər üçün güzəşt tətbiq edib

«Azercell» şirkəti yeni abonentlər üçün güzəşt tətbiq edib
# 02 oktyabr 2008 11:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti yeni SimSim və GəncSim abonentləri üçün birbaşa «BizdənBizə» tarif paketinə qoşulmaq yeniliyini tətbiq edib.
«Azercell»dən «APA-Economics»ə verilən məlumata görə, yeni SimSim və GəncSim abonentləri birbaşa «BizdənBizə» tarif paketinə qoşulurlar: «Bu da, fakturasız xətt abonentlərini əlavə narahatçılıqdan xilas edərək və daha əlverişli tariflərlə danışmasına imkan yaradır».
Qeyd edək ki, «BizdənBizə» tarif paketini seçən SimSim və GəncSim abonentləri «Azercell» şəbəkəsi daxilində zənglərdə ilk 10 saniyənin bütöv qiymətləndirilməsi qaydası tətbiq edilməməsi ilə yanaşı, pik saatlarda edilmiş zənglər üzrə 2 saniyə 1 kontur, qeyri-pik saatlarda edilmiş zənglər üzrə 3 saniyə 1 kontur, «Dost-Tanış» nömrələrinə edilmiş bütün zənglər üzrə isə 3 saniyə 1 kontur endirimlərini əldə edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR