Bank Of Baku

Rusiya 40 min dollarlıq «Lada» avtomobilinin istehsalına başlayır

Rusiya 40 min dollarlıq «Lada» avtomobilinin istehsalına başlayır
# 02 oktyabr 2008 12:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın VAZ avtomobil zavodu yeni «Lada Revolution» modelinin istehsalına hazırlaşır.
«APA-Economics»in məlumatına görə, yeni model kupe versiyasında istehsal olunacaq. Hazırda ilk «Lada Revolution» modeli Parisdə keçirilən avtomobil sərgisində nümayiş olunur.
Yeni «Lada Revolution» modeli 2,0 litr həcmində olan (250 at gücü) mühərriklə təchiz edilib. Rusiyalı avtomobil mütəxəssislərinin fikrincə, bu model dünya bazarında «Ferrari» və «Lamborghini» avtomobilləri ilə rəqabət aparacaq.
Yeni modelin satışına artıq 2009-cu ildən etibarən başlanacaq. Satış qiymətinə gəldikdə isə «Lada Revolution» modelinin qiyməti təxminən 40 min ABŞ dolları təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR