Bank Of Baku

Azərbaycan hökuməti oktyabrın sonunadək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əsasnaməsini təsdiqləyəcək

Azərbaycan hökuməti oktyabrın sonunadək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əsasnaməsini təsdiqləyəcək
# 02 oktyabr 2008 12:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Oktyabrın sonunadək Azərbaycan Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əsasnaməsi təsdiq olunacaq. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyindən məlumat verilib.
Hazırda xidmətin əsasnaməsinin layihəsi və digər bir neçə sənəd hazırlanır və işlər yekunlaşmaq üzrədir. Sənədin Nazirlər Kabineti səviyyəsində təsdiqlənməsi planlaşdırılır.
Bu ilin noyabr ayından fəaliyyətə başlayacaq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ölkənin regionlarında şöbələri olacaq.
Qeyd edək ki, Xidmət Nəqliyyat Nazirliyinin «Avtonəqliyyatservis» Departamentinin bazasında yaradılır. Bu quruma həmçinin «Bakı Sərnişin Nəqliyyatı» MMC-nin də daxil edilməsi nəzərdə tutulur. Xidmət ölkə ərazisində avtomobil nəqliyyatı ilə bağlı tədbirlər, həmçinin nəqliyyat sistemində dövlət tənzimlənməsini həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR