Bank Of Baku

«Rabitə sorğu-2008» xidməti gələn həftə işini yekunlaşdıracaq

«Rabitə sorğu-2008» xidməti gələn həftə işini yekunlaşdıracaq
# 02 oktyabr 2008 15:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi «Rabitə sorğu-2008» xidməti təşkil edib.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, sentyabrın 10-dan başlayan «Rabitə sorğu-2008» oktyabrın 10-da yekunlaşacaq. Xidmətin məqsədi telekommunikasiya, poçt, radio, televiziya yayımı, internet və digər rabitə xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq, xidmət mədəniyyətini yüksəltmək, müraciət və təklifləri təhlil edərək tədbir görməkdir. «Rabitə sorğu-2008» həftənin iş günləri saat 10:00-dan axşam 17:00-dək işləyir. Sorğuda iştirak etmək istəyənlər 443-49-10 nömrəli telefona zəng edə və ya [email protected] elektron ünvanı vasitəsilə fikir, təklif və iradlarını bildirə bilərlər. Bu xidmətə görə respublikanın bütün bölgələrindən edilən zənglər pulsuz olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR