Bank Of Baku

Avqustda Azərbaycan paytaxtında ilkin bazar üzrə 3 486 daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılıb

Avqustda Azərbaycan paytaxtında ilkin bazar üzrə 3 486 daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılıb
# 03 oktyabr 2008 12:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin avqust ayında Bakı şəhərində ilkin bazar üzrə 1 348, təkrar bazar üzrə isə 2 138 olmaqla, ümumilikdə 3 486 daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılıb. Bu barədə «APA-Economics»ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) məlumat verilib.
Üzərində mülkiyyət hüquqları ilk dəfə qeydiyyata alınan daşınmaz əmlak obyektlərindən 185-i fərdi yaşayış və bağ evi, 725-i mənzil, 373-ü torpaq sahəsi, 59-u qeyri-yaşayış sahəsi, 6-sı əmlak kompleksi kimi müəssisələrdir.
Təkrar bazar üzrə isə Bakı şəhərində avqust ayında 326 fərdi yaşayış və bağ evi, 1 422 mənzil, 292 torpaq sahəsi, 90 qeyri-yaşayış sahəsi, 8 əmlak kompleksi kimi müəssisə üzərində hüquqlar qeydiyyata alınıb.
Avqust ayı ərzində DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən 2 691 arayış verilib, paytaxt üzrə 842 ipoteka müqaviləsinin dövlət qeydiyyatı aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR