Bank Of Baku

Azərbaycanda yeni regional avtomagistralın inşasına başlanıb

Azərbaycanda yeni regional avtomagistralın inşasına başlanıb
# 03 oktyabr 2008 12:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Cəlilabad və Yardımlı rayonlarını birləşdirən və uzunluğu 73 km olan yeni avtomobil yolunun tikintisinə başlanıb. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.
P.Mürsəliyevin sözlərinə görə, bu yolun tikintisinə 40 il əvvəl – ötən əsrin 70-ci illərində başlanılsa da, inşaat işləri yarımçıq qalıb. Avtomobil magistralı Cəlilabad və Yardımlı rayonlarının dağ kəndlərini əhatə edir. Artıq yolun torpaq yatağının tikintisinə start verilib.
Layihə çərçivəsində dağ yamaclarında sürüşmə və uçqunlardan qorunması üçün istinad divarları da tikiləcək. Yolun 18 ay ərzində tikilib istifadəyə verilməsi planlaşdırılır.
Avtomobil magistralı keçdiyi ərazilərdən asılı olaraq III və IV texniki dərəcəli olacaq. Layihənin podratçısı Azərbaycanın «Texnika-A Servis» şirkətidir.
Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşdiriləcək layihənin dəyəri 82 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR