Bank Of Baku

Azərbaycan parlamenti poçt sisteminin funksiyalarını genişləndirib

Azərbaycan parlamenti poçt sisteminin funksiyalarını genişləndirib
# 03 oktyabr 2008 14:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Milli Məclisi oktyabrın 2-də «Poçt rabitəsi haqqında» qanuna etdiyi yeni əlavə və dəyişikliklər əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsinin funksiyaları genişləndirilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bunun nəticəsində yaxın vaxtlarda ölkə ərazisindəki poçt şöbələri əhaliyə bank-maliyyə xidmətləri göstərə biləcək. Artıq poçt şöbələrində əmanət qoyuluşları və çıxarışları, həmçinin pensiya və müavinətlərin verilməsi kimi xidmətlər maneəsiz həyata keçiriləcək. Artırılmış xidmətlər sırasına yalnız kredit ayırmaları daxil deyil.
Qeyd edək ki, hazırda respublika ərazisində 1 536 poçt şöbəsi fəaliyyət göstərir. Onların 337-si şəhər, rayon mərkəzləri və qəsəbələrdə, 1 199-u isə kəndlərdə yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR