Bank Of Baku

Azərbaycanda milli süni peykin yaradılması prosesinin əsas hissəsi ilin sonunda başlayacaq

Azərbaycanda milli süni peykin yaradılması prosesinin əsas hissəsi ilin sonunda başlayacaq
# 03 oktyabr 2008 14:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda milli süni peykin yaradılması prosesi ilin sonunadək əsas fazaya daxil olacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
İ.Məmmədovun sözlərinə görə, hazırda peykin seçilməsinə dair bir sıra şirkətlərlə danışıqlar aparılır: «Öz milli süni peykimiz olarsa ölkədə İnternetin qiymətləri də bir qədər ucuzlaşacaq».
İ.Məmmədov həmçinin bildirib ki, yaxın vaxtlarda Azərbaycanda İnternet xidmətlərinin tarifləri təxminən 10-30% enəcək.
Nazir müavini onu da qeyd edib ki, hazırda Azərbaycan Rusiyadan optik kabel vasitəsi ilə və peyk vasitəsi ilə 6 Qbit/saniyə tutumunda trafik alır.
Qeyd edək ki, hazırda Azərbaycan hökuməti peykin hazırlanması və buraxılması ilə bağlı ABŞ-ın «Orbital», Türkiyənin «Türksat» şirkətləri ilə danışıqlar aparır. Bu şirkətlərlə aparılan danışıqlarda əsas mövzu peykin hazırlanması, buraxılması, Azərbaycanda yerüstü stansiyanın tikilməsi, peykin atılması, onun Yerdən idarə olunması kimi məsələlərdir. Qeyd edilən proseslərdə hər iki şirkətin Azərbaycanla birgə iştirak edəcəyi və onlarla yaxın bir ay ərzində müqavilənin imzalanacağı gözlənilir. Dünyada peykin buraxılması layihələrinin icrası təxminən 100-160 mln. ABŞ dollarına başa gəlir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR