Bank Of Baku

Gələn ilin aprel ayınadək Azərbaycan ərazisi simsiz İnternetlə tam əhatə olunacaq

Gələn ilin aprel ayınadək Azərbaycan ərazisi simsiz İnternetlə tam əhatə olunacaq
# 03 oktyabr 2008 14:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının 15-dək Azərbaycanın bir sıra regionunda optik kabelin çəkilməsi prosesi başa çatdırılacaq. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
İ.Məmmədovun sözlərinə görə, cari ilin əvvəlindən indiyədək Qəbələ, Ucar və digər rayon və şəhərlərdə optik kabelin çəkilməsi başa çatdırılıb: «Hazırda İsmayıllı, Ağdam, Füzuli və bir sıra digər rayonlarda optik kabelin çəkilməsi davam etdirilir və çox güman ki, bu ilin oktyabr ayının 15-dək həmin rayonlarda bu proses başa çatacaq».
Ölkədə rabitə sisteminin elektronlaşdırılmasına gəldikdə isə, İ.Məmmədov bildirib ki, bu ilin sonunadək İsmayıllı, İmişli, Lerik, Zərdab və digər rayonlarda bu proses yekunlaşacaq.
Nazir müavini onu da qeyd edib ki, Azərbaycanın regionlarında informasiya texnologiyaları sahəsinə xüsusi diqqət yetirilməlidir. Belə ki, regionlarda genişzolaqlı İnternet istifadəçilərinin sayı yüz minlərlə olmalıdır, real vəziyyət isə əksinədir: «Həmçinin, Bakıda vəziyyət belədir. Buna görə, İnternet provayderləri öz reklamlarını gücləndirməli, genişzolaqlı İnternetin faydasını, münasib qiymətlərin olduğunu və adi İnternetdən fərqini istifadəçilərə çatdırmalıdır».
Ölkədə simsiz İnternet xidmətlərinə gəldikdə isə İ.Məmmədov qeyd edib ki, bu ilin oktyabr ayının sonunadək Bakı, Abşeron və Sumqayıt ərazilərində simsiz İnternetin istifadəsinə dair sınaqlar başa çatdırılacaq: «İstisna deyil ki, gələn ilin mart ayının sonunadək simsiz İnternet bütün ölkəni əhatə edəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR