Bank Of Baku

Noyabrda TAE layihəsinin Xəzər seqmentinin tikintisinə dair növbəti danışıqlar keçiriləcək

Noyabrda TAE layihəsinin Xəzər seqmentinin tikintisinə dair növbəti danışıqlar keçiriləcək
# 03 oktyabr 2008 14:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayının 11-də TransAvropa-Asiya (TAE) layihəsinin Xəzər seqmentində tikinti işlərinin həyata keçirilməsinə dair danışıqların növbəti raundunun aparılması üçün Türkmənistanın nümayəndə heyəti Bakıya gələcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
İ.Məmmədovun sözlərinə görə, bu günədək Türkmənistan və Qazaxıstan hökumətləri ilə TAE layihəsinin icrasına dair bir neçə dəfə danışıqlar aparılıb: «Əgər hər iki ölkə razılığa gələrsə, onda fiber-optik kabel həm Qazaxıstan, həm də Türkmənistan istiqamətində çəkiləcək».
Qeyd edək ki, XX əsrin ən böyük tikintilərindən sayılan TAE kabel magistralı Çinin Şanxay şəhərindən başlayaraq Almaniyanın Frankfurt-Mayn şəhərinədək 24 min kilometrlik məsafədə uzanan böyük əhəmiyyətə malik rabitə şəbəkəsidir. TAE-nin Xəzər seqmentində tikinti işlərinin aparılması ilə bağlı artıq Azərbaycanın Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzi və Qazaxıstanın «KazTransCom» arasında protokol imzalanıb. Bu sənədə əsasən, xərclərin 50%-i Azərbaycan, digər 50%-i isə Qazaxıstan tərəfindən ödəniləcək. Hələ 1999-cu ildə aparılan hesablamalara görə, dənizin dibi ilə kabelin tikintisinin dəyəri 10 mln. ABŞ dolları təşkil edir. TAE seqmenti üzrə Bakı (Azərbaycan)-Astara (İran) xəttinin uzunluğu təxminən 345, Bakı-Rusiya xəttinin uzunluğu 250 km, Siyəzən (Azərbaycan)-Aktau (Qazaxıstan) xəttinin uzunluğu isə təxminən 400 km-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR