Bank Of Baku

Azərbaycan ilin sonunadək 3G standartının tətbiqinə başlayacaq

Azərbaycan ilin sonunadək 3G standartının tətbiqinə başlayacaq
# 04 oktyabr 2008 08:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycanda 3G rabitə standartının tətbiqinə başlanılacaq. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
Nazir müavininin sözlərinə görə, 3G üzrə lisenziyaların verilməsi üçün tarifləri müəyyənləşdirmək məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi artıq Tarif (Qiymət) Şurasına müraciət edib və yaxın vaxtlarda Şura bu təkliflərə baxacaq.
Qeyd edək ki, 3G standartı Beynəlxalq Elektrorabitə İttifaqı tərəfindən hazırlanıb və İMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G - İnternet şəbəkəsi xidmətləri ilə yüksəksürətli mobil çıxışı, məlumatların ötürülməsi kanallarını yaradan radioəlaqə texnologiyalarını birləşdirən «üçüncü nəsil» xidmətlər toplusudur. Üçüncü nəsil şəbəkələri 2 GHz tezliyində işləyir və məlumatları 2 Mbit/s sürəti ilə göndərir, həmçinin videotelefon əlaqəni təşkil etməyə, mobil telefonda filmlərə, teleproqramlara və s. baxmağa imkan yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR