Bank Of Baku

Azərbaycan tam rəqəmsal televiziya yayımına üç ildən sonra keçə bilər

Azərbaycan tam rəqəmsal televiziya yayımına üç ildən sonra keçə bilər
# 04 oktyabr 2008 09:02 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.İ.Məmmədovun sözlərinə görə, hazırda Nazirliyin «Teleradio» İstehsalat Birliyi tərəfindən bu istiqamətdə müvafiq işlər görür.
Qeyd edək ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən etibarən başlanacaq. İlkin mərhələdə Bakı və Gəncədə, daha sonra isə Şirvan, Mingəçevir daxil olmaqla, respublikanın digər iri şəhərlərində analoq yayımdan rəqəmsal yayıma keçid nəzərdə tutulur.
Xatırladaq ki, Bakıda rəqəmsal yayıma keçid üçün sınaq işlərinə hələ 2004-cü ilin sentyabrında başlanılıb. Azərbaycanda rəqəmsal yerüstü efir yayımı üç mərhələdə həyata keçiriləcək. Rəqəmsal yayıma keçidin birinci mərhələsi 2008-2010-cu, ikinci mərhələsi 2011-2013-cü, üçüncü mərhələsi isə 2014-2015-ci illəri əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR