Bank Of Baku

Bakıda maliyyə vəsaiti çatışmazlığı səbəbindən iri körpünün tikintisi dayandırılıb

Bakıda maliyyə vəsaiti çatışmazlığı səbəbindən iri körpünün tikintisi dayandırılıb
# 04 oktyabr 2008 09:18 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, yol qovşağına daxil olan avtomobil körpüsündə artıq bir aya yaxındır tikinti işləri aparılmır. Tikintiyə cəlb olunmuş texnika ərazidən götürülüb.
Yol qovşağının tikintisini həyata keçirən «Gəncə Körpü Tikinti» ASC-dən işlərin dayandırılmasının səbəbini öyrənmək mümkün olmayıb. Lakin şirkətin adının çəkilməsini istəməyən əməkdaşı işlərin dayandırılmasını maliyyə vəsaitinin ayrılmaması ilə əlaqələndirib.
«Azəryolservis» ASC-dən isə tikintiyə maliyyə vəsaitinin ayrılmaması barədə fikirlərlə razılaşmayıblar. «Azəryolservis»də iddia edirlər ki, yol qovşağının tikintisi davam edir.
Xatırladaq ki, tikintisinə 2006-cı ilin iyun ayında başlanan yol qovşağının 2008-ci ilin ortalarınadək tam şəkildə təhvil verilməsi nəzərdə tutulurdu.
Qeyd edək ki, yol qovşağının ümumi uzunluğu 1 410 metrdir. Qovşağa 6 dayaq və 5 aşırımlı avtomobil körpüsü, 2 avtomobil və 1 piyada keçidi daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR