Bank Of Baku

AZAL Bakı-Naxçıvan marşrutu ilə reyslərin sayını artırır

AZAL Bakı-Naxçıvan marşrutu ilə reyslərin sayını artırır
# 06 oktyabr 2008 09:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının 7-dən etibarən «Azərbaycan Hava Yolları» QSC (AZAL) Fransa istehsalı olan ATR-42 və ATR-72 tipli avialaynerləri ilə Bakı-Naxçıvan-Bakı marşrutu ilə yeni sərnişin aviareyslərini həyata keçirməyə başlayacaq. Bu barədə «APA-Economics»ə AZAL-dan məlumat verilib.
«Hər həftənin I, III və VII günləri saat 11:00-da, həftənin II, IV, V və VI günləri isə saat 16:00-da ATR tipli təyyarələrlə 287 saylı Bakı-Naxçıvan-Bakı aviareysi yerinə yetiriləcək. Başqa vaxtlarda bu reys Tu-154 avialayneri ilə həyata keçiriləcək. Bununla da, Bakı-Naxçıvan reysləri gündə 6 dəfə deyil, 7 dəfə yerinə yetiriləcək», - deyə AZAL-dan bildirilib.
Qeyd edək ki, hazırda AZAL ölkə daxilində həmçinin Bakı-Gəncə və Bakı-Zaqatala sərnişin reyslərini həyata keçirir. Yaxın günlərdə isə Bakı-Lənkəran reysinin açılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR