Bank Of Baku

Tədqiqat: Avropada tıxaclardan daha çox britaniyalı sürücülər əziyyət çəkir

Tədqiqat: Avropada tıxaclardan daha çox britaniyalı sürücülər əziyyət çəkir
# 06 oktyabr 2008 13:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Böyük Britaniyanın bir qrup alimi Avropanın iri şəhərlərində istifadədə olan avtomobillərin orta sürətini öyrənmək üçün tədqiqat keçirib.
«APA-Economics»in məlumatına görə, siyahıya London (Böyük Britaniya) başçılıq edir. Belə ki, bu şəhərdə avtomobillərin orta sürəti 19 km/saat təşkil edir. Londondan sonra siyahıda 24 km/saat sürətlə Berlin (Almaniya) qərarlaşıb. İlk üçlüyü Varşava (Polşa) tamamlayır. Bu şəhərdə avtomobillərin orta sürəti 26 km/saat təşkil edir.
Siyahıya həmçinin Roma (İtaliya), Mançester, Bristol (Böyük Britaniya) Edinburq, Qlazqo (Şotlandiya), Paris (Fransa), Belfast (Şimali İrlandiya) və digər tıxaclardan əziyyət çəkən şəhərlər daxil olub.
Qeyd edək ki, siyahıda MDB ölkələrinin heç bir şəhəri daxil edilməyib. Çünki bu ölkələrdə tədqiqat aparılmayıb. İstisna olunmur ki, tədqiqat Azərbaycanda da aparılsaydı, Bakı şəhərinin lider ölkələrin siyahısına daxil olardı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR