Bank Of Baku

«Azerfon» ilin ən yaxşı şirkəti seçilib

«Azerfon» ilin ən yaxşı şirkəti seçilib
# 06 oktyabr 2008 13:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın «Consulting & Business» iqtisadi jurnalı respublika üzrə keçirdiyi «İlin şirkəti» milli mükafatının qaliblərini elan edib. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» MMC də «İlin şirkəti» seçilib.
«Azerfon»un mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, mükafatlandırma mərasimində çıxış edən şirkətin baş direktoru Gido Helbix fəaliyyətlərinin ikinci ilinin onlar üçün uğurlu olduğunu deyib.
Qeyd edək ki, ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün «Azerfon» şirkəti 2005-ci ilin dekabrın 30-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən lisenziya alıb. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də «Nar Mobile» ticarət nişanı ilə başlayıb. Hazırda «Nar Mobile» şəbəkəsindən 650 mindən çox abunəçi istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR