Bank Of Baku

Yaxın iki ayda Azərbaycanda Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin iki modulu işə salınacaq

Yaxın iki ayda Azərbaycanda Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin iki modulu işə salınacaq
# 07 oktyabr 2008 12:33 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Bu ilin noyabr ayının sonuna kimi «Maliyyə xidmətlərinin inkişafı Layihəsi» çərçivəsində Azərbaycanda Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin (AKİS) sınaq istismarı üçün mühasibat hesablamaları və ödəniş xidmətləri üzrə iki modul sistemləri işə salınacaq.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib ki, ilin sonunadək həm də poçt əməliyyatlarının avtomatlaşdırılması prosesinin icrasına, həmçinin poçt göndərişlərinin qeydiyyatına avtomatlaşdırılmış nəzarətin həyata keçirilməsinə imkan verən poçt modulu üzrə işlərə başlanacaq. Bu modulun qurulması işlərinin gələn ilin əvvəlinədək başa çatdırılması planlaşdırılır.
Sistemin yaradılması işləri RİTN, «Azərpoçt» Dövlət Müəssisəsi, Azərbaycan Milli Bankı, FACP konsaltinq şirkəti, icraçı HP və onun tərəfdaşları «Colvir» və «SİNAM» şirkətlərinin nümayəndələrinin daxil olduğu rəhbər komitənin himayəsi altında aparılacaq.
AKİS-in digər üç modulu (likvidliyin idarə olunması, depozit və maliyyə xidmətləri, xəzinədarlıq) isə gələn il istismara veriləcək.
Qeyd edək ki, bu ilin dekabr ayında görülən işlərin nəticəsini müzakirə etmək üçün rəhbər komitənin növbəti görüşü keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR