Bank Of Baku

Moskvada «Cisco Expo-2008» beynəlxalq İT sərgi-konfransı keçiriləcək

Moskvada «Cisco Expo-2008» beynəlxalq İT sərgi-konfransı keçiriləcək
# 07 oktyabr 2008 13:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. ABŞ-ın «Cisco» şirkəti oktyabrın 14-16-da Moskvada informasiya texnologiyaları üzrə «Cisco Expo-2008» konfransı keçirəcək.
«Cisco» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Optimallaşdırma. Təcrübə. Şəbəkə» şüarı altında keçirilən tədbirə şirkətin Azərbaycandakı tərəfdaşlarının nümayəndələri, həmçinin müştərilər də daxil olmaqla, marağı olan tərəflər dəvət olunub.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi qəzeti olan «Rabitə dünyası» konfransın media-tərəfdaşı statusu alıb. Konfransın açılış nitqini «Cisco»nun Rusiya üzrə vitse-prezidenti Robert Eyci və tədbirin sponsor şirkətlərinin nümayəndələri söyləyəcək. Açılış nitqindən sonra ilin ən yaxşı tərəfdaş layihələrinin mükafatlandırma mərasimi keçiriləcək. Konfransın keçiriləcəyi üç gün ərzində «Cisco» şirkətinin və tərəfdaşlarının iştirakı ilə texnologiyalar sərgisi də təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR