Bank Of Baku

Bakı-Sumqayıt avtomagistralı üzərində yerləşən üç yol ötürücüsü ilin sonunadək istifadəyə veriləcək

Bakı-Sumqayıt avtomagistralı üzərində yerləşən üç yol ötürücüsü ilin sonunadək istifadəyə veriləcək
# 08 oktyabr 2008 13:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu ilin sonunadək Bakı-Rusiya dövlət sərhədi avtomobil magistralının Bakı-Sumqayıt hissəsinin üzərində yerləşən 3 yol ötürücüsünün istifadəyə verilməsi planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.
Bu yol ötürücüləri Xırdalan dairəsi (Respublika Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı), Masazır dairəsi (Masazır və Xırdalanı birləşdirir) və avtomobil yolunun 16-cı km-də («Neapol» oteli yaxınlığındakı dairədə) yerləşir. Hər üç yol ötürücüsünün tikintisinə bu ilin ortalarında başlanılıb. Hazırda tikinti işləri aparıldığından həmin ərazilərdə böyük tıxaclar yaranır.
M.Pənahov Bakı-Rusiya sərhədi avtomobil yolunun 134-cü km-dən dövlət sərhədinədək məsafənin də (74 km) beton örtüklü olacağını bildirib. Bunun üçün yeni tender keçiriləcək və ayrıca podratçı seçiləcək.
Bakı-Rusiya dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 208 km-dir. Yolun 16-134-cü km hissəsində beton örtüyün tikintisi «Akkord» şirkəti tərəfindən həyata keçirilir. Yolun 16-31-ci km sahəsində beton yol 6 hərəkət zolaqlı, 31-134-cü km-də isə 4 hərəkət zolaqlıdır.
Qeyd edək ki, Azərbaycanın ümumi istifadədə olan avtomobil yollarının 22 134 kilometrinə Nəqliyyat Nazirliyi tərəfindən xidmət göstərilir. Bu yolların 1 684 kilometri beynəlxalq magistrallar, 2 669 kilometri respublika əhəmiyyətli, 13 min kilometri yerli əhəmiyyətli, 1,5 min kilometri Bakı şəhərinin ərazisində, 3,3 min kilometri rayon və digər şəhərlərin ərazilərində olan yollar, prospektlər və küçələrdir. Körpülərin ümumi sayı isə 1 201-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR