Bank Of Baku

Azərbaycan Nəqliyyat Nazirliyi dəniz körpüsü layihəsinin təqdimatını hazırlayır

Azərbaycan Nəqliyyat Nazirliyi dəniz körpüsü layihəsinin təqdimatını hazırlayır
# 08 oktyabr 2008 13:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyi «Bakı Körfəzi Dəniz Körpüsü» Layihəsinin təqdimatını hazırlayır. «APA-Economics»in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib: «Çalışırıq ki, bu körpü şəhərin görünüşünü pozmasın».
Qeyd edək ki, körpünün layihəsini Koreyanın «Dong Sung Engineering» şirkəti hazırlayıb. Şıx qəsəbəsindən Zığ qəsəbəsinə qədər dənizin üzəri ilə salınacaq körpünün əsas hissəsinin (dənizin üzərindəki hissə) uzunluğu 13,5-15 km təşkil edəcək. Bakını əhatə edən Dairəvi Yola birləşəcək körpünün kommunikasiyaları ilə birlikdə uzunluğunun 20 km-dən çox olacaq.
Qeyd edək ki, bu tip körpülər Türkiyə, Koreya və digər ölkələrdə mövcuddur.
Dəniz körpüsü gəmilərin hərəkətinə mane olmamaq üçün hündür dayaqlar üzərində inşa olunacaq. Körpünün dayanıqlığını və elastikliyini təmin etmək məqsədi ilə kanatlardan istifadə olunacaq.
Körpü Bakı buxtasında yerləşən Nargin adasından da keçəcək. Dövlət rəhbərliyi tərəfindən razılıq veriləndən sonra körpünün tikintisi istiqamətində işlərə başlanacaq. Ümumilikdə, dəniz körpüsünün 2015-ci ilə qədər tikilib istifadəyə verilməsi mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR