Bank Of Baku

Nazir müavini Musa Pənahov: «Bakı-Tiflis-Qars dəmir yolunun inşası qrafikə uyğun gedir»

Nazir müavini Musa Pənahov: «Bakı-Tiflis-Qars dəmir yolunun inşası qrafikə uyğun gedir»
# 08 oktyabr 2008 13:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu bağlantısı layihəsi üzrə işlər qrafikə uyğun davam etdirilir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib: «Layihənin icrasında heç bir problem yoxdur. Yolun istər Gürcüstan, istərsə də Türkiyə hissəsində işlər qrafikə uyğun aparılır və hesab edirik ki, dəmir yolu qarşıya qoyulan vaxt ərzində tikilib istifadəyə veriləcək».
Nazir müavininin sözlərinə görə, hazırda Gürcüstan ərazisində hava şəraiti ilə əlaqədar müəyyən kiçik problemlər yaranıb.
M.Pənahov onu da əlavə edib ki, yeni yolun tikintisi ilə yanaşı mövcud 160 km-ə yaxın yolun reabilitasiyası nəzərdə tutulur. Mövcud yolun hissələr üzrə reabilitasiası layihələri hazırlanır. Nazir müavininin sözlərinə görə, artıq 30 km-lik hissəsinin reabilitasiya layihəsi hazırdır və işlər Azərbaycanın ayırdığı kreditlər hesabına maliyyələşdiriləcək.
Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Karsi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır.
Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR