Bank Of Baku

Azərbaycanda yeni dəniz limanını inşa edəcək şirkət ilin sonunadək müəyyənləşəcək

Azərbaycanda yeni dəniz limanını inşa edəcək şirkət ilin sonunadək müəyyənləşəcək
# 08 oktyabr 2008 14:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyi Qaradağ rayonunun Ələt qəsəbəsi yaxınlığında yeni dəniz limanının işçi layihəsini hazırlayacaq şirkətin seçmək üçün tender elan edib. «APA-Economics»in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
Nazir müavinin sözlərinə görə, təkliflərin qəbulu oktyabrın 20-də yekunlaşacaq və qalib şirkət elan olunacaq. Cari ilin sonuna qədər limanın tikintisi üzrə podratçı şirkətin seçiləcəyi də gözlənilir.
M.Pənahovun sözlərinə görə, liman üçün müəyyən edilmiş ərazi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) balansındadır və hazırda yerin alınmasına dair ARDNŞ-la müzakirələr aparılır.
«Bu limandan həm quru, həm bərə, həm də konteynerlərin daşınması mümkün olacaq. Layihə çərçivəsində neft terminalının tikintisi nəzərdə tutulmayıb. Amma gələcəkdə zərurət yaranarsa, belə bir tikintinin aparılması mümkündür», - deyə M.Pənahov vurğulayıb.
Qeyd edək ki, Koreyanın «GS Engineering & Construction» şirkəti tərəfindən hazırlanmış layihəyə uyğun olaraq, dəniz limanının Bakıdan Ələtə köçürülməsi 3 mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2008-2011-ci, ikinci mərhələ 2011-2013-cü, üçüncü mərhələ isə 2013-2015-ci illəri əhatə edəcək.
Limanda 11 yanalma körpüsü inşa olunacaq ki, bunun da 6-sı birinci mərhələdə, yəni 2008-2011-ci illərdə tikiləcək. Dünya standartlarına cavab verəcək liman artıq 2015-ci ildə 11,6 mln. ton yük qəbul etmək imkanına malik olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR