Bank Of Baku

Brüsseldə TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və milli katiblərin iclası keçirilir

Brüsseldə TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və milli katiblərin iclası keçirilir
# 08 oktyabr 2008 14:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Brüsseldə (Belçika) TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin və üzv ölkələrin milli katiblərinin iclası işə başlayıb. Bu barədə «APA-Economics»ə TRACECA-nın Azərbaycan Milli Katibliyindən məlumat verilib.
İki gün davam edəcək iclasda cari məsələlər, dekabrın 2-4-də Bakıda keçiriləcək TRACECA Hökumətlərarası Komissiyasının nazirlərinin yubiley konfransına hazırlıq və orada müzakirəyə çıxarılacaq məsələlər, TRACECA nəzdində İnvestisiya Fondunun yaradılması, həyata keçirilməsi planlaşdırılan layihələrin seçilməsi və s. müzakirə olunacaq.
Qeyd edək ki, mərkəzi qərargahı Bakıda yerləşən TRACECA Hökumətlərarası Komissiyası 1998-ci ildə yaradılıb. Quruma Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Moldova, Ukrayna, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Ermənistan daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR