Bank Of Baku

«Toyota» şirkəti yeni mikroavtomobilini nümayiş edib

«Toyota» şirkəti yeni mikroavtomobilini nümayiş edib
# 08 oktyabr 2008 15:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaponiyanın «Toyota» avtomobil şirkəti Parisdə (Fransa) keçirilən beynəlxalq avtomobil sərgisində yeni «iQ» modelini nümayiş etdirib.
«APA-Economics»in məlumatına görə, avtomobilin uzunluğu cəmi 2 985 mm təşkil edir. Bundan başqa, yeni «iQ» modeli iki modifikasiyada buraxılacaq. Bunlardan birincisi ABS əyləc sistemi, 9 təhlükəsizlik yastığı, SD və MP3 sistemi ilə təchiz olunub. Lakin «iQ2» adlanan ikinci versiya isə əlavə olaraq avtomatik sürət qutusu, avtomatik iqlim-kontrol, böyük ekranlı naviqasiya və digər sistemlər ilə təchiz olunacaq.
Yeni «iQ» 1,0 litr (68 at gücü) benzin və 1,4 litr (90 at gücü) həcmində olan dizel mühərrikləri ilə təchiz olunacaq ki, avtomobil şəhərdə cəmi 4,8 litr, trasda isə 3,5 litr yanacaq sərf edəcək.
Məlumat üçün bildirək ki, Rusiya istehsalı olan «Oka» avtomobilinin uzunluğu 3200 mm-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR