Bank Of Baku

Kuba Azərbaycanın İKT sahəsində təcrübəsindən yararlanmaq istəyir

Kuba Azərbaycanın İKT sahəsində təcrübəsindən yararlanmaq istəyir
# 08 oktyabr 2008 15:43 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Gələn il fevral ayının 9-14-də Kubada Beynəlxalq İKT sərgi və konfransı keçiriləcək. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bunu nazir Əli Abbasovla görüşündə Kubanın Azərbaycandakı səfiri Marsello Kabalyero Torresi bildirib.
Səfir görüşdə Ə.Abbasovu həmin tədbirdə iştirak etməyə dəvət edib. M.K.Torresi Kubanın İKT sahəsində böyük uğurlar qazanan Azərbaycanın təcrübəsindən yararlanmaq istədiyini deyib. Səfirin sözlərinə görə, Azərbaycanda istehsal olunan İKT məhsullarının və xidmətlərinin Kuba bazarına çıxarılması üçün əlverişli şərait var.
Ə.Abbasov Kuba tərəfinin sərgi-konfransa dəvətini yüksək dəyərləndirib. Nazir bildirib ki, Azərbaycan şirkətləri tərəfindən istehsal olunan məhsul və xidmətlərin Kubada keçiriləcək sərgidə nümayiş etdirilməsi üçün lazımi tədbirlər həyata keçiriləcək.
Görüşdə qeyd edilib ki, Kuba ilə Azərbaycan arasında telekommunikasiya, poçt, informasiya-kommunikasiya sahəsində hökumətlərarası sazişin imzalanması əhəmiyyətlidir və hazırda bu istiqamətdə müvafiq işlər aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR