Bank Of Baku

Bakıda koreyalı mütəxəssislərlə Azərbaycanda dəmir yolu qatarlarının sürətinin artırılması layihəsi üzrə danışıqlar aparılıb

Bakıda koreyalı mütəxəssislərlə Azərbaycanda dəmir yolu qatarlarının sürətinin artırılması layihəsi üzrə danışıqlar aparılıb
# 09 oktyabr 2008 11:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Dövlət Dəmir Yolunda (ADDY) Cənubi Koreyanın Dəmir Yolları Şəbəkəsinin baş meneceri Yon Hae Sinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə «APA-Economics»ə ADDY-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.
ADDY-nin baş mühəndisi Qurban Nəzirovun sədrliyi ilə keçirilən iclasda Cənubi Koreya Dəmir Yolları Şəbəkəsinin təqdim etdiyi iki layihə - «Bakı-Böyük Kəsik» layihəsinin yerinə yetirilməsi üçün Layihə Komitəsinin (Layihə İdarəetmə qrupunun) yaradılması və fəaliyyəti ilə bağlı Sazişin icmalı» və «Layihənin Maliyyə Planı» müzakirə olunub.
ADDY-nin Baş mühəndisi Q.Nəzirov bu sənədlərin gələcəkdə qəbul olunacaq sənədlər üçün əsas ola biləcəyini bildirib.
Müzakirələr sabah Nəqliyyat Nazirliyində davam etdiriləcək.
Qeyd edək ki, Koreya Dəmir Yolları Şəbəkəsinin mütəxəssislərinin hazırladığı layihə Bakı-Böyük Kəsik (Gürcüstan sərhədi) istiqamətində mövcud dəmir yolunda sürətin artırılmasını nəzərdə tutur. Koreyalıların təqdim etdiyi layihədə qatarların sürətinin mövcud 80 km/saatdan 120 km/saatadək artırılması nəzərdə tutulur.
Qeyd edək ki, cari ilin may ayının 19-da bu layihə ilə bağlı Azərbaycanla Koreya arasında müvafiq anlaşma memorandumu imzalanıb. Layihənin ümumi dəyəri ilkin olaraq 2 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR