Bank Of Baku

Yaxın illərdə «Azərpoçt» səhmdar cəmiyyətə çevrilə bilər

Yaxın illərdə «Azərpoçt» səhmdar cəmiyyətə çevrilə bilər
# 09 oktyabr 2008 11:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) «Azərpoçt» Dövlət Müəssisəsinin yaxın 3-5 il ərzində dövlətin nəzdində səhmdar cəmiyyətə çevrilməsi məsələsinə baxıla bilər. «APA-Economics»in məlumatına görə, bunu RİTN-in poçt sektorunun müdiri Novruz Məmmədov bildirib.
Bunun Dünya Bankının tələblərindən biri olduğunu xatırladan N.Məmmədovun sözlərinə görə, «Azərpoçt»un özəlləşdirilməsi məsələsi hələlik gündəmdə deyil. Bu qurum yalnız səhmdar cəmiyyətə çevrilə bilər. Nazirlik səlahiyyətlisi ölkələrin çoxunda da poçt qurumunun özəlləşmədiyini söyləyib: «Dünyanın 3-4 ölkəsində poçt sahəsinin özəlləşdirilməsi prosesi həyata keçirilib. Əksər ölkələrdə isə bu şirkətlər səhmdar cəmiyyət kimi fəaliyyət göstərir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR