Bank Of Baku

Azərbaycanda poçt şöbələrinin bank-maliyyə xidmətləri göstərməsinə lisenziyanın alınması üçün ilin sonunadək Milli Banka müraciət ediləcək

Azərbaycanda poçt şöbələrinin bank-maliyyə xidmətləri göstərməsinə lisenziyanın alınması üçün ilin sonunadək Milli Banka müraciət ediləcək
# 09 oktyabr 2008 12:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) «Azərpoçt» Dövlət Müəssisəsi 2008-ci ilin sonuna kimi respublikadakı poçt şöbələrinin bank-maliyyə xidmətləri göstərməsi üçün lisenziyanın alınması məqsədilə Milli Banka müraciət edəcək.
«APA-Economics»in məlumatına görə, RİTN-in poçt sektorunun müdiri Novruz Məmmədov bildirib ki, 2009-cu ilin sonuna kimi Dünya Bankının «Maliyyə xidmətlərin inkişafı Layihəsi» yekunlaşacaq. Layihənin yekunlaşması nəticəsində «Azərpoçt»un 1200 poçt şöbəsi tam avtomatlaşdırılacaq.
Hazırda isə layihə çərçivəsində Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi qurulur. Noyabrda bu sistemin 2 modulu istifadəyə veriləcək. Nəticədə, 2009-cu ildən başlayaraq artıq Bakı, Sumqayıt və Abşerondakı poçt şöbələri bank-maliyyə xidmətləri göstərəcək. Gələn ilin sonuna kimi respublikanın bütün rayonlarında yerləşən 1200 poçt şöbəsi bank-maliyyə xidmətləri göstərməyə başlayacaq. «Poçt rabitəsi haqqında» qanuna edilən yeni dəyişikliklər əsasında poçt şöbələrində kredit verilmə əməliyyatı istisna olmaqla, digər bank-maliyyə xidmətlərinin göstərilməsi həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR