Bank Of Baku

Azərbaycanda Beynəlxalq Poçt Günü qeyd olunub

Azərbaycanda Beynəlxalq Poçt Günü qeyd olunub
# 09 oktyabr 2008 12:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) «Azərpoçt» Dövlət Müəssisəsi 9 oktyabr – Beynəlxalq Poçt Gününü qeyd edib.
«APA-Economics»in məlumatına görə, bu münasibətlə Bakıda keçirilən tədbirdə «Azərpoçt»un baş direktoru Qəmbər Bəybalayev bildirib ki, Azərbaycanın Ümumdünya Poçt İttifaqı ilə əlaqələri daha da genişlənib. Azərbaycan bu yaxınlarda həmin qurumun iki böyük strukturuna üzv qəbul olunub. Ölkədə 6 minə yaxın poçt işçisinin çalışdığını deyən Q.Bəybalayev respublika daxilində və beynəlxalq istiqamətlərdə poçt göndərişlərinin sayının artdığını söyləyib. «Azərpoçt» rəhbərinin sözlərinə görə, son 5 ildə 400-ə yaxın poçt şöbəsi üçün yeni bina tikilib. Q.Bəybalayev bildirib ki, Dünya Bankı MDB məkanında Qazaxıstan və Azərbaycanın poçt sisteminin inkişafına sərmayə yatırır. DB-nın bu yardımını Azərbaycanın poçt işçilərinin zəhməti kimi dəyərləndirən Q.Bəybalayev bundan sonra da bu sahənin inkişafı üçün uğurlu addımların atılacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR