Bank Of Baku

«Azercell» daha iki beynəlxalq MMS rouminq xidməti istifadəyə verib

«Azercell» daha iki beynəlxalq MMS rouminq xidməti istifadəyə verib
# 09 oktyabr 2008 15:23 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti Yəmənin «Spacetel» və Qətərin «Q-Tel» mobil rabitə şirkətləri ilə beynəlxalq MMS xidmətini istifadəyə verib.
«Azercell»in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, şirkət 2007-ci ilin aprelində Azərbaycanda ilk dəfə beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib. Hazırda «Azercell» 32 mobil şəbəkə operatoru ilə 29 ölkədə MMS xidmətinə qoşulub.
Xatırladaq ki, «Azercell» indiyədək 63 ölkənin 130 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb. Beynəlxalq MMS rouminq xidməti GPRS/MMS rouminq xidmətindən imkanlarına görə fərqlənir. Belə ki, indiyə kimi istifadədə olan GPRS/MMS rouminq xidməti vasitəsilə xarici ölkədə olan abonent yalnız digər «Azercell» abonentləri ilə MMS mübadiləsi apara və GPRS-dən istifadə edə bilirdi. Beynəlxalq MMS rouminq xidməti isə «Azercell» abonentlərinə yalnız şəbəkə daxilində deyil, həm də müqavilə imzaladığı operatorun abonentləri ilə MMS mübadiləsi aparmağa imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR