Bank Of Baku

Bakıda Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmisinin təqdimatı keçirilib

Bakıda Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmisinin təqdimatı keçirilib
# 09 oktyabr 2008 15:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Bakıda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Rusiyadan aldığı yeni gəminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, bu münasibətlə təşkil olunmuş tədbirdə dövlət başçısı İlham Əliyev də iştirak edib.
XDG-nin rəisi Aydın Bəşirov bildirib ki, Cabbar Həşimovun adını daşıyan bu tanker gəmisi Tatarıstanın Zelenodolsk tərsanəsində tikilib. Bu gəmi funksiyalarına görə XDG-nin aldığı digər gəmilərdən fərqlənir. Uzunluğu 150, eni 17,3 metr olan gəminin yükgötürmə qabiliyyəti 12 min tondur. İlkin mərhələdə gəmi Xəzər hövzəsində işləyəcək. Gəmidə neft və neft məhsullarının daşınması nəzərdə tutulur. Bütün sistem kompüterləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR