Bank Of Baku

Rusiyanın «S7 Airlines» şirkəti Moskva-Bakı marşrutu ilə əlavə sərnişin aviareysi yerinə yetirəcək

Rusiyanın «S7 Airlines» şirkəti Moskva-Bakı marşrutu ilə əlavə sərnişin aviareysi yerinə yetirəcək
# 10 oktyabr 2008 12:33 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. Bu ilin oktyabr ayının 26-dan etibarən Rusiyanın «S7 Airlines» aviaşirkəti Moskva-Bakı marşrutu ilə əlavə sərnişin reysi həyata keçirəcək.
APA-nın «S7 Airlines» aviaşirkətinin veb-saytına istinadən verdiyi məlumata görə, aviareys gündə iki dəfə həyata keçiriləcək. Belə ki, bu reys axşam Moskvanın «Domodedovo» hava limanından Bakıya, səhər saatlarında isə Bakıdan Moskva istiqamətində yerinə yetiriləcək. Reyslərin sayı «S7 Airlines» ilə «Azərbaycan Hava Yolları» (AZAL) şirkətləri arasında bu ilin sentyabrın 24-də imzalanmış saziş əsasında artırılır. Sazişə əsasən, şirkətlər bir-birinə Moskva-Bakı və Bakı-Moskva reyslərinə sərnişin yeri təqdim edəcək.
Qeyd edək ki, uçuşlar «Boeing 757» və «Airbus A319» təyyarələri ilə həyata keçiriləcək.

Moskva-Bakı-Moskva sərnişin aviareysinin cədvəli:

İstiqamət

Reysin nömrəsi

Havaya qalxma

Limana enmə

Həftənin günləri

Təyyarə tipi

Moskva - Bakı

S74853/J2853

23:25

03:15

Hər gün

«Boeing 757»

Bakı - Moskva

S74852/J2852

10:40

12:40

Hər gün

«Boeing 757»

Moskva - Bakı

S73355/J23355

12:10

15:55

12345_7

«Airbus A319»

Bakı - Moskva

S73356/J23356

16:55

18:55

12345_7

«Airbus A319»

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR