Bank Of Baku

Azərbaycan paytaxtına yeni sərnişin avtobusları gətirilib

Azərbaycan paytaxtına yeni sərnişin avtobusları gətirilib
# 10 oktyabr 2008 14:25 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, «Transgate Azerbaijan» şirkəti tərəfindən gətirilmiş bu avtobuslardan 6-sı «MAN», qalanları isə «Daewoo» markasındandır. Hər bir avtobusun sərnişin tutumu 72 nəfərdir.
Avtobuslar paytaxtdaxili marşrutlarda istismar olunacaq. Nəqliyyat Nazirliyi katibliyinin rəhbəri Namiq Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, yeni avtobuslar 1, 2, 3 və 4 saylı marşrutlarda istismar ediləcək.
Qeyd edək ki, bu günədək Bakı şəhərinə 200 ədəd «Daewoo», 40 ədəd «MAN», 20 ədəd «MAZ», həmçinin 350 ədəd müxtəlif markalı iritutumlu avtobus gətirilərək paytaxtdaxili xətlərə buraxılıb.
Nəqliyyat Nazirliyinin hesablamalarına görə, hazırda Bakı şəhərində orta və iritutumlu 1000-dən artıq avtobusa ehtiyac var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR