Bank Of Baku

Azərbaycanda yerinə yetirilən inşaat işlərinin həcmi yanvar-sentyabr aylarında 58% artıb

Azərbaycanda yerinə yetirilən inşaat işlərinin həcmi yanvar-sentyabr aylarında 58% artıb
# 21 oktyabr 2008 07:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin həcmi əvvəlki ilin göstəricisini 58,2% üstələyərək 2 459,7 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, görülən işlərin 1 896,0 mln. manatını (ümumi həcmin 77,1%-i) yeni tikinti, yenidənqurma və genişləndirmə, 330,5 mln. manatını (13,4%) əsaslı təmir, 101,9 mln. manatını (4,2%) cari təmir, 131,3 mln. manatını (5,3%) isə sair tikinti işləri təşkil edib. Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri 1 803,8 mln. manatlıq, dövlət tikinti müəssisələri isə 655,9 mln. manatlıq inşaat işləri görüb.
Cari ilin yanvar-avqust aylarında inşaat bölməsində çalışmış işçilərin orta aylıq nominal əmək haqqı 401,7 manat təşkil edib. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı isə 461,8 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR