Bank Of Baku

Azərbaycanda mobil rabitə abunəçilərinin sayı 5,7 mln-a çatıb

Azərbaycanda mobil rabitə abunəçilərinin sayı 5,7 mln-a çatıb
# 21 oktyabr 2008 09:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda telekommunikasiya və poçt müəssisələri tərəfindən təsərrüfat subyektlərinə və əhaliyə faktiki qiymətlərlə 661 mln. manatlıq və ya əvvəlki ilin analoji dövrü ilə müqayisədə 30,2% çox rabitə xidməti göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xidmətlərin 76,2%-i bilavasitə əhalini əhatə edib.
Hesabat dövründə əldə olunan gəlirlərin 72,4%-i mobil telefon rabitəsindən yaranıb və 2007-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu xidmətlərin həcmi 34,2% çoxalıb. Mobil telefon abunəçilərinin sayı cari ilin 9 ayı ərzində 1,2 mln. artıb və bu ilin oktyabrın 1-nə abunəçilərdə 5,7 mln. nömrə olub.
Rabitə xidmətlərinin həcminin artımı Abşeron iqtisadi rayonunda 19,3%, Quba-Xaçmaz iqtisadi rayonunda 19,9%, Dağlıq Şirvan iqtisadi rayonunda 36%, Şəki-Zaqatala iqtisadi rayonunda 23,9%, Aran iqtisadi rayonunda 19,8%, Lənkəran iqtisadi rayonunda 20,1%, Gəncə-Qazax iqtisadi rayonunda isə 16,1% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR