Bank Of Baku

Yanvar-sentyabr aylarında Azərbaycanda yük daşınması 11%, yük dövriyyəsi isə 22% artıb

Yanvar-sentyabr aylarında Azərbaycanda yük daşınması 11%, yük dövriyyəsi isə 22% artıb
# 21 oktyabr 2008 11:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda ötən ilin analoji dövrü ilə müqayisədə yük daşınması 11,4%, yük dövriyyəsi isə 22,2% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqliyyat vasitələri ilə daşınmış 134,5 mln. ton yükün 46,4%-i avtomobil, 31,8%-i boru kəməri, 15,4%-i dəmir yolu, 6,4%-i dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib.
Özəl bölmənin nəqliyyat vasitələri ilə yük daşınması 14,7% artıb, bu bölmənin yük daşınmasında payı 69,1% təşkil edib.
Nəqliyyat vasitəsilə ilə cari ilin yanvar-sentyabr aylarında 910,7 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə artım 7,7%-ə bərabər olub. Bu sahədəki fəaliyyətin 83,5%-i qeyr-dövlət bölməsinin payına düşüb, sərnişinlərin 83,6%-i avtomobil, 15,8%-i metro nəqliyyatı ilə daşınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR