Bank Of Baku

Sabah Bakıda inşaat sektoru üzrə üç beynəlxalq sərgi başlayır

Sabah Bakıda inşaat sektoru üzrə üç beynəlxalq sərgi başlayır
# 21 oktyabr 2008 13:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Oktyabrın 22-25-də Bakıda «BakuBuild-2008» XIV Azərbaycan Beynəlxalq İnşaat Sərgisi keçiriləcək. «APA-Economics»in məlumatına görə, bununla əlaqədar bu gün sərgi təşkilatçıları olan Böyük Britaniyanın «İTE Group» şirkəti və onun Qafqazdakı tərəfdaşı «İteca Caspian» mətbuat konfransı keçirib.
«BakuBuild» sərgisinin meneceri Yana Sapunova bildirib ki, tədbir Azərbaycanın Fövqəladə Hallar, İqtisadi İnkişaf nazirlikləri, Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Memarlıq İttifaqının dəstəyi ilə keçirilir. «Qaradağ Sement» ASC və «Tarkett» şirkətləri sərginin himayədarları qismində çıxış edəcək. Bu il sərgiyə 25 ölkədən 250 şirkət qatılacaq.
Sərgidə Azərbaycan şirkətləri ilə yanaşı Rusiya, Türkiyə, Böyük Britaniya, İran, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Qazaxıstan, Danimarka, Çin, Misir, Avstriya və digər ölkələrin şirkətləri iştirak edəcək. «BakuBuild-2008» sərgisində müxtəlif ölkələrin milli stendləri də təqdim ediləcək. İlk dəfə olaraq, bu sərgidə debütant kimi İtaliyanın «Teramo» Ticarət Palatasının köməyi ilə təşkil edilmiş italyan kollektiv stendi və Belarus Memarlıq və İnşaat Nazirliyinin dəstəyi ilə milli stend nümayiş olunacaq.
«BakuBuild» sərgisi ilə bərabər həmin müddətdə «CaspianRealty» III Xəzər Beynəlxalq Daşınmaz Əmlak Sərgisi və «Caspian MebelExpo» VI Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR